Soya üzrə araşdırma
Müxtəlif soya növləri üçün əkin müddəti və metodologiyası

Araşdırma ölkəmizin aqro ekoloji şərtlərində müxtəlif soya sortlarının becərilmə müddətinin və metodologiyasının optimizasiyası üçün yardımçı olacaq. Azərbaycanda soyanın məhsul-darlığı mümkün ola biləcək məhsuldarlıqdan daha aşağıdır.

Soya məhsullarının qida sənayesində və yem istehsalında istifadə səviyyəsi artmaqda davam edir. Soya paxlalılarının aparıcı mövqeyi ilk olaraq onların yüksək qidalılıq xüsusiyyəti ilə, protein və amin turşularıyla zənginliyi ilə bağlıdır.Yüksək keyfiyyətli soya növləri müxtəlif xüsusiyyətlərin cəmlənməsi üzrə bir neçə səviyyəyə bölünürlər. Keyfiyyət göstəriciləri üzrə ümumi olaraq üç qrup üzrə təsnifləşdirilə bilər: qüsurlar, daşınma və saxlanılma şərtləri, son istifadə ilə bağlı faktorlar.

Yüksək keyfiyyətli soya və soya əsaslı məhsulları dünya üzrə istifadədə üstünlük təşkil edir. Tətbiq edilən standartlar həm istehsalçılara, həm də istehlakçılara müxtəlif fiziki kimyəvi və istifadə xüsusiyyətləriə malik məhsulları seçməyə imkan verir.