Dənli taxıl üzrə araşdırma
Dənli Taxılın becərilməsi üzrə ən yaxşı təcrübələr

Araşdırmanın məqsədi ölkəmiz ərazisində ən məhsuldar olan dənli taxıl növlərinin müəyyən edilməsidir. Araşdırma çərçivəsində yerli və xarici bazarlarda olan dəyişmələrin yerli sortların keyfiyyət göstəricilərinə təsiri və gələcəkdə tətbiq ediləcək xüsusiyyətlər müəyyən ediləcək.

AgroCenter dənli taxıl bitkilərinin keyfiyyətinin müəyyən edilməsi metodlarını, təhlükəsizlik faktorları və standartlarını araşdıracaq.

Dənli taxıl üzrə araşdırma, fermerlər, tədqiqat mərkəzləri və dövlət qurumları kimi əsas maraqlı tərəflərin qarşılıqlı müzakirələrin aparılması və dəstəyin təmin olunmasına, yeni sortların istifadəsi, monitorinq olunması və yeni sortların təsir dərəcəsinin qiymətləndirilməsinə istiqamətlənib.

Araşdırmanın nəticələri

Araşdırmanın nəticələri özündə dənli taxıl bitkiləri üzrə təsərrüfatlar üçün ən yaxşı təcrübərləri əks etdirəcək. Hesabatın ən yaxşı təcrübələr hissəsində herbisidlərə davamlı alaq otlarına və ya nəzərətdən kənar qalan alaq növlərinə, mövcud olan dənli taxıl xəstəliklərinə, kənd təsərrüfatı fəaliyyətləri üçün müəyyən edilmiş zaman çərçivəsinə, məhsul növləri üzrə risklərin bölgüsünə, gübrələrin istifadə dərəcəsinin azaldılması kimi istiqamətlər əks olunacaq.