Pambıq
üzrə araşdırma

AgroCenter əməkdaşlıq etdiyi şirkətlərə, fərdi və ya birgə həyata keçirilən araşdırma layihələrində bütün aspektlər üzrə hərtərəfli və effektiv dəstək göstərir. Şirkətimiz  kənd təsərrüfatı və aqronomiya sahəsində mövcud olan tələbatın qarşılanması məqsədi ilə fəaliyyət göstərən analitik-tədqiqat, məlumatlandırıcı ekpert mərkəzidir.

Texas A&M universiteti pambıq üzrə dünyavi ekpertiza mərkəzidir. Birgə həyata keçirilən layihə, sahə və nəzəri təcrübələrin birləşdiyi unikal bir layihədir. Tədqiqat başlıca üç istiqamət üzrə aparılır:

  • Aqronomik təcrübə- mövcud təcrübələrin nəzərdən keçirilnməsi, inkişaf etdirilməsi üçün tövsiyələr, təcrübə/ nümayiş sahələrinin yaradılması
  • Maliyyə və biznes modelləşdirmə- Kiçik və orta biznes qurumları üçün təsərrüfat dəyərinin müəyyən edilməsi, iqtisadi effektivliyi və təsir dərəcəsi
  • Təhsil və elm- Azərbaycan Dövlət Aqrar Universitetində və elmi-tətqiqat institutlarında tətbiq edilən proqramların nəzərdən keçirilməsi