Qarğıdalı
Məhsuldarlıq, keyfiyyət və istehsal səmərəliliyi

AgroCenter araşdırması qarğıdalının yeni tətbiq sahələrinin müəyyən edilməsinə və davamlı istehsalın təkmilləşdirilməsinə yönləndiriləcək. Araşdırma istehsalın artırılması və qarğıdalının ətraf mühitə təsir dərəcəsinin azaldılmasına istiqamətləndiriləcək. Qeyd etdiyimiz məqamlar bu sahənin inkişafı və ölkə boyu fermerlərin iqtisadi fəaliyyətləri üçün təsir edici olacaq. Bu araşdırma məhsuldarlıq, istehsalın keyfiyyəti və effektivliliyi, hibrid seçimi, rotasiya, torpaq sahələrinin əkinə hazırlanması və emalı, məhsul itkisi və yer dəyişdirilməsi zamanı ziyanın müəyyən edilməsinə istiqamətləndiriləcək.

Keyfiyyətin özündə nəyi birləşdirdiyini daha yaxşı anlamaq üçün tədqiqatın məqsədi bir az genişləndirilərək, qarğıdalının yalnız şirin növlərini deyil, eləcə də əvvəl tədqiq edilməmiş digər növlər də əhatə oluna bilər.