Glimmer Kənd təsərrüfatı
sahələri üzrə
Tədris Təkmilləşdirmə proqramı

Glimmer təhsil proqramı Azərbaycan Dövlət Aqrar Universitetdə təhsil alan tələblərin kənd təsərrüfatı sahələri üzrə daha geniş nəzəri və təcrübi bilikləri əldə etmələri üçün yaradılmışdır. Proqram aqrar peşələrin tələblərinə uyğun nəzəri biliklərin artırılması, sahə fəaliyyətlərində təcrübələrin əldə olunmasına yönəlib. Tədris proqramı ilə bərabər proqram çərçivəsində tələbələr kənd təsərrüfatı sahələrində iş təcrübəsinə yiyələnirlər.

AgroCenterin həyata keçirdiyi tədris proqramı yerli və beynəlxalq qurumların, sahibkar və özəl şirkətlərin, xarici təshil və araşdırma mərkəzlərinin dəstəyi və iştirakı ilə həyata keçirilir.
Glimmer Təhsil proqramı çərçivəsində Texas A&M universiteti ilə əməkdaşlıq qurulmuş və tələbə şəbəkəsinin genişləndirilməsi üzrə addımlar atılmışdır.